Litva hökuməti gələn həftə Belarusdan qaçaqmal daşıyan hava şarları ilə bağlı ölkədə fövqəladə vəziyyət elan edəcək.Məlumatı baş nazir İnqa Ruqinienė açıqlayıb: "Optimal fövqəladə vəziyyət forması elan etməyə qərar verilib... Biz bunu gələn həftə elan edəcəyik. Hazırda hüquqi çərçivə və sənədlər hazırlayırıq.Vəziyyət dəyişərsə, fövqəladə vəziyyətin rejiminin daha da dərinləşdirilməsi ehtimalını istisna etmirik."
Bundan əvvəl Baş nazirin müşaviri İqnas Dobrovolskas və xarici işlər naziri Vladislav Kondratoviç Litva hökumətinin Vilnüs hava limanında əməliyyatları pozan hava qaçaqmalçılığı halları ilə əlaqədar fövqəladə vəziyyət elan etmək niyyətini açıqlayıblar. Qeyd olunub ki, fövqəladə vəziyyətə xas olan bəzi tədbirlər artıq Litvada tətbiq olunur.
Belarus və Litva arasında münasibətlər oktyabr ayında pisləşib. Daha sonra Litvaya siqaret qaçaqmalçılığının artması fonunda (bu, qaçaqmalçılar yük daşımaq üçün hava şarlarından istifadə etdikləri üçün Vilnüs hava limanında vaxtaşırı bağlanmalara səbəb olur) Vilnüs noyabrın sonuna qədər Belarusla sərhəd keçidlərini bağlamaq qərarına gəlib. Bu, iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Hava qaçaqmalçılığının qarşısını almaq üçün heç bir addım atmayan Belarus hakimiyyəti faktiki olara bu işin təşkilatçısı olduğunu nümayiş etdirir.
Tehsil-press.az









