Mert Fırat EVLƏNDİ – VİDEO

Mert Fırat EVLƏNDİ – VİDEO Türkiyəli aktyor Mert Fırat 6 aydır sevgili olduğu İdil Fıratla evlənib.
Toy mərasimi bir neçə saat əvvəl başlayıb. Cütlük toy başlamazdan əvvəl jurnalist və fotoqrafların qarşısına çıxaraq xoşbəxtlik pozu verib.
Daha sonra "Ufak Tefek Cinayetler" serialında baş rolu canlandıran aktyor həyat yoldaşı İdil Fıratın xına gecəsinin keçirildiyi məkana 4 nəfərin çiyinlərində taxtda gətirilməsi haqqında açıqlama verib. O, bildirib ki, bu hadisənin müzakirələrə səbəb olması onları qətiyyən narahat etmir:
“Biz niyyətimizi bilirik. Gözəl bilirik ki, xına gecəsini təşkil edən şəxslər və başqa işçilər kölə deyil. Onların hər biri ilə ayrı-ayrı şəkillərimiz var. Onlar sadəcə olaraq öz işlərini icra edir, eynilə bizim teatr səhnəsinə çıxıb hər hansı rolu oynadığımız kimi. Qatili oynayırıqsa, o demək deyil ki, qatilik. Müzakirələrin bir məqsədi var idi, o da gerçəkləşmədi”.
Toyun dəvətliləri arasında Gökçe Bahadır, Belçim Bilgin, Zeynep-Kerim Çarmıklı, Nazlı-Kaan Sert və başqa məşhurlar olub.
Aktyor və xanımı gələn qonaqlardan toyda çəkdiyi şəkilləri sosial şəbəkələrdə paylaşmamağı xahiş edib.





Tehsil-press.az

Oxşar xəbərlər