“Kimin öldüyü iyunda bilinəcək” - “Ufak tefek”in rejissoru Bakıda

“Kimin öldüyü iyunda bilinəcək” - “Ufak tefek”in rejissoru Bakıda “Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və “Delibal” filminin rejissoru Əli Bilginin müsahibəsi:
- Əli bəy, Azərbaycana xoş gəlmisiz. Səhv etmirəmsə, bu, Bakıya ilk gəlişinizdir.

- Ötən gün səhər gəlmişik. Bir az İçərişəhəri gəzdik. İlk dəfədir ki, Bakıya gəlmişəm. Daha əvvəl gəlmək niyyətim var idi. Rejissoru olduğum “Delibal” filminin qalası üçün gələcəkdim, alınmadı.
- Niyə gəlməmişdiz?
- Başqa bir proqramım var idi. Qala gecəsi ilə üst-üstə düşmüşdü. Təəssüf ki, alınmadı.
- Azərbaycanda rejissoru olduğunuz “Ufak tefek cinayetlər” serialına olan maraqdan xəbəriniz varmı?
- Açığını deyim ki, yeni öyrənmişəm. Az-çox sosial şəbəkələrdə yazılan şərhlərdən xəbərdar idim. Bura gələndən sonra layihənin daha çox tanındığının şahidi oldum.



Tehsil-press.az

Oxşar xəbərlər