Azərbaycan İlahiyyat İnstitutunda növbəti sınaq dərsi

Azərbaycan İlahiyyat İnstitutunda növbəti sınaq dərsi 10 sentyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) növbəti sınaq dərsi keçirilib.
İnformatika fənnindən keçirilmiş demo dərsdə institutun rəhbərliyi və müəllim heyəti iştirak edib.
Qeyd edək ki, Aİİ öz məqsədlərinə nail olmaq üçün kadrların seçiminə xüsusi diqqətlə yanaşır. Yeni kadrların işə qəbulunu komissiya həyata keçirir. Üç mərhələdə reallaşan seçimin ilk mərhələsində komissiyaya təqdim edilən CV-lər nəzərdən keçirilir, sonra bu mərhələdən keçənlər müsahibəyə dəvət olunurlar. Müsahibədən uğurla keçənlər sınaq (demo) dərsinə cəlb edilir. Sonda komissiya üzvlərinin və müəllimlərin iştirakı ilə işə qəbulla bağlı yekun qərarlar verilir.
Sınaq imtahanları davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər