Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə (MTK) yeni direktor təyin edilib.
Tural Abbasov İrşad oğlu Təhsil Kompleksinin direktoru təyin edilib.
O bu vəzifədə Aygün Mikayılova Arif qızını əvəzləyib.
Qeyd edək ki, keçən il Tural Abbasov ABŞ-ın Kolumbiya Universitetinin (Columbia University) Özəl Məktəblərdə Liderlik (Private School Leadership) magistr proqramına qəbul olmuşdu.
Biznesin idarə edilməsi üzrə mütəxəssis olan Tural Abbasov Azərbaycanda beynəlxalq layihələrin idarə edilməsi sahəsində 17 ilə yaxın təcrübəyə malikdir. O, ölkənin bir çox təhsil təşkilatlarında çalışıb. Abbasov beynəlxalq layihələr və özəl sektorda xarici mütəxəssislər ilə birgə fəaliyyət göstərib.
Beynəlxalq məktəblərdə idarəetmə və modelləşdirmə, korporativ fandreyzinq, icma inkişafı üzrə təcrübəyə malikdir. Liderlik və kouçinq, beynəlxalq məktəblərdə maliyyə idarəçiliyi (London, PTC), storitellinq, biznes psixologiyası (Pearn Kandola, London) üzrə beynəlxalq sertifikatlar əldə edib.
Bununla yanaşı, Beynəlxalq Əmək Təşkilatının (ILO) “Öz biznesinə başla və inkişaf etdir” proqramı üzrə potensial master təlimçisidir. Beynəlxalq məktəblərdə biznesin inkişafı və idarəolunması ilə məşğuldur.
Tehsil-press.az