Hazırda dövlət xətti ilə 350 azərbaycanlı tələbə IT ixtisasları üzrə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır.
Bunu 18-ci IFAC – TECIS beynəlxalq konfransında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
Nazirin sözlərinə görə, ölkə universitetlərində ənənəvi və peşəkar tədrislə yanaşı, həmçinin mühəndislik, elektronika və robot texnikası, intellektual sistemlər, biliklərin idarə olunması və digər istiqamətlər üzrə bakalavr və magistr dərəcələrində kadrlar hazırlanır.
R.Quluzadə əlavə edib ki, Azərbaycanda elm və yüksək texnologiyaların inkişafına dəstək göstərən bir sıra fondlar fəaliyyət göstərir. Bunlar arasında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Elmin İnkişafı Fondunu göstərmək olar.
Tehsil-press.az