Hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 25 tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir.
Şirkətin mətbuat xidmətindən tehsil-press.az-a bildirilib ki, bu barədə yanvarın 24-də keçirilən SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclasında məlumat verilib.
İclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində dünyanın qabaqcıl universitetlərində “Beynəlxalq biznes və korporativ hüquq” və “Layihənin idarə olunması, maliyyə və risklər” ixtisasları üzrə magistr təhsilini başa vurmuş 2 məzunun hesabat xarakterli təqdimatı dinlənilib. Məzunlar həmçinin xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə komissiya üzvlərinə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və müzakirələrdən sonra məzunlara ixtisaslarına müvafiq iş yerləri təklif edilib. İclasda həmçinin, 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 2 iddiaçının namizədliyinə də baxılıb.
Hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 25 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 209 nəfər təhsilini başa vuraraq geri qayıdıb və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunub.
Tehsil-press.az