"Rusiya bu sahədə bir nömrəli tərəfdaşımızdır” - İlham Əliyev

Rusiya Azərbaycan üçün qeyri-neft sferasında məhsullarımızın idxalında və ixracında nömrə bir tərəfdaşdır".
Bu sözləri dövlət başçısı İlham Əliyev IX Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı deyib:
“Bu gün 1000 nəfəri əhatə edən zalın dolması o deməkdir ki, forumun işinə böyük maraq var.
Ölkələrimiz arasında enerji və neft-qaz sahəsində çox güclü bağlar var. “Lukoyl” şirkəti Azərbaycanda 20 ildən çoxdur ki, uğurla çalışır və bizim ən mühüm investorlarımızdandır.
Biz nəqliyyat sahəsində çox aktiv əməkdaşlıq edirik. Birgə həyata keçirdiyimiz “Şimal-Cənub” layihəsi artıq öz nəticələrini göstərir.
Eyni zamanda, qeyd etmək istərdim ki, təkcə Azərbaycanın milli aviaşirkəti həftə ərzində Rusiyanın müxtəlif şəhərlərinə 50-dən çox reys həyata keçirir.
Turizm sahəsində Rusiya vətəndaşlarının Azərbaycana səfərində əhəmiyyətli dərəcədə artım görürük. Son doqquz aydan az müddətdə təxminən 700 min rusiyalı Azərbaycana səfər edib. Əminəm ki, bu rəqəmlər gələcəkdə artacaq”.
Prezident bildirib ki, gələn ay Bakıda Rusiya və Azərbaycan prezidentlərinin rəhbərliyi ilə növbəti Bakı Humanitar Forumu keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər