Şamaxı Astrofizika Rəsədxanasında BDU və AMEA-nın birgə səyyar iclası keçirilib

Şamaxı Astrofizika Rəsədxanasında BDU və AMEA-nın birgə səyyar iclası keçirilib Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Rəyasət Heyətinin Bakı Dövlət Universiteti (BDU) Elmi Şirası ilə birgə səyyar iclası keçirilib.
Universitetin Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, iclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəliyi elan edib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzə üçün yaratdığı şəraitə görə AMEA-nın Rəyasət Heyətinə minnətdarlıq edən akademik A.Məhərrəmov Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamını xatırladaraq, AMEA-nın yubileylə bağlı tədbirlər planını təsdiq etdiyini və məruzəsinin yubiley ərəfəsində hesabat olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 4-də Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan və Rumıniya universitetləri arasında nanotexnologiya istiqamətində müqavilə imzalandığını deyən akademik A.Məhərrəmov dövlət başçısının göstərişinə əsasən bir il sonra Bakı Dövlət Universitetində Nano Araşdırmalar Mərkəzinin, ardınca "Nanomaterialların kimyəvi fizikası" kafedrasının yaradıldığını və dünya elminin bu prioritet istiqaməti üzrə tədqiqatlara başlandığını diqqətə çatdırıb. Qeyd edib ki, qısa müddətdən sonra bu elmin əsasları universitetin Fizika, Kimya və Biologiya fakültələrinin bakalavr pilləsində tədris edilməyə başlayıb. Eyni zamanda Nanohissəciklərin fizikası, Nanomaterialların fiziki kimyası və Nanobiotexnologiya ixtisaslaşmalarında magistr hazırlığı aparılıb, 12 nəfər kimya və fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün müdafiə edib.
Akademikin sözlərindən o da məlum olub ki, nanotexnologiya sahəsində yeni tədris proqramları, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar hazırlanıb, hətta bəzi dərsliklər ABŞ-ın və Rusiyanın məşhur nəşriyyatlarında və universitetlərində çap edilib.
Nanotexnologiyanın tətbiq sahələrinin çox böyük diapazonda yerləşdiyinə diqqət çəkən akademik A.Məhərrəmov BDU-da nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı sahəsi və hərbi sənaye istiqamətində araşdırmalarını qeyd edib və bunun üçün dəyəri milyonlarla ölçülən cihaz və avadanlıqlar alındığını söyləyib. Bildirib ki, BDU-da Nanotexnologiya sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müştərək tətbiqi xarakterli tədqiqatlar aparırlır və ABŞ, Rusiya, Yaponiya, İsveçrə, Kanada, İspaniya, İtaliyanın müvafuq universitetləri, bu sahədə olan araşdırm mərkəzləri ilə ümumi dəyəri 8,5 milyon dollar olan qrant layihələri uğurla yerinə yetirilib. (Bu məbləğ donor ölkələr tərəfindən BDU-ya köçürülüb). Nəticə olaraq 2017-ci ildə "Web of Science" sisteminə daxil olan jurnallarda universitet alimlərinin 247 məqaləsi dərc edilib ki, bu məqalələrədən 37-si nanotədqiqatlar sahəsini əhatə edir.
Sonra akademik Abel Məhərrəmovun məruzəsi ətrafına müzakirələr başlayıb. AMEA-nın Rəyasət Heyətinin üzvləri, akademiklər bu elmi istiqamətin dünya elminin prioritet sahələrindən biri kimi əhəmiyyətindəm danışıb, respublikada bu istiqamətdə tədqiqatların məqsədəuyğunlugu və vacibliyini qeyd ediblər. Eyni zamanda respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyən etmək məqsədi ilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər strukturlarla müştərək dövlət qurumlarına təqdim etmək üçün meqalayihənin hazırlanması qərara alınıb.
Sonda Bakı Dövlət Universiteti Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında filialı açılıb.

Şamaxı Astrofizika Rəsədxanasında BDU və AMEA-nın birgə səyyar iclası keçirilib


Oxşar xəbərlər