Bakı Dövlət Universitetində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov gələn il 100 illik yubileyini qeyd edəcək bu qocaman ali təhsil ocağının ilk iki fakültəsindən birinin Tibb fakültəsi, 1922-ci ildə ali təhsil haqqında verilən ilk diplomun da məhz tibb ixtisası üzrə olduğunu nəzərə çatdırıb.
Rektor Abel Məhərrəmov prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə səhiyyənin inkişafından danışıb, yüksək ixtisaslı mütəxəssislərin çalışdığı ən son texnoloji avadanlıqlarla təmin olunmuş MOM-un uğurlarına toxunub.
Rektor MOM ilə əməkdaşlıq nəticəsində tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılmasının, oftalmologiya sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqinin, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə və elmi fəaliyyətə cəlb edilməsinin, birgə elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov, öz növbəsində, təmsil etdiyi mərkəzin fəaliyyətindən ətraflı danışıb, BDU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Sonrda BDU və MOM arasında anlaşma memorandumu imzalanıb. Memorandumda müvafiq elm sahələrində qarşılıqlı maraq doğuran və innovasiya istiqamətlərində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak, BDU və MOM-un maddi-texniki bazasından və kadr potensialından birgə istifadə, MOM-un müvafiq şöbələrində və laboratoriyalarında ixtisasartırma, elmi-tədqiqat, istehsalat təcrübələrinin və staj keçilməsinin təşkili kimi məsələlər öz əksini tapıb.
Görüş elmi-tədqiqat və tədris laboratoriyaları, araşdırma mərkəzləri ilə tanışlıqdan sonra başa çatıb.
Qeyd edək ki, bu gün həmçinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Bakı Dövlət Universitetində humanitar aksiya keçirib. Səyyar Klinikada 200-dək tələbə və müəllim heyəti müayinə olunub. Aksiyanın keçirilməsində məqsəd tələbə və müəllimlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etmək olub.
Xatırladaq ki, Səyyar Klinika 2012-ci ildən indiyədək ölkəmizin bütün regionlarında bu xeyirxah missiyanı həyata keçirərək minlərlə insana yardım göstərib.

Kəmalə Rəhimli