İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 1763-ə çatıb

İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 1763-ə çatıb İndoneziyada sentyabrın 28-i baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1763-ə çatıb.
Bu barədə İndoneziyanın Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi xəbər verir.
Bildirilir ki, 5 minə yaxın insan itkin düşüb və onları tapmaq hələdə mümkün olmayıb. İndoneziyanın xilasetmə xidmətləri axtarışları oktyabrın 11-i dayandıracaq.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub.

Tehsil-press.az

Oxşar xəbərlər