Serbiya prezidenti Aleksandr Vuçiç mayın 22-də Azərbaycan Milli Məclisində olub.
Serbiya prezidenti əvvəlcə Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə Zalında olub. Serbiya Prezidenti xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında görüş olub. Oqtay Əsədov Aleksandr Vuçiçin vaxtilə Serbiyanın baş naziri kimi də Milli Məclisdə olduğunu xatırladıb.
Serbiya prezidenti qeyd edib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. O, Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
Tehsil-press.az