“Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək edib. Ola bilər, kimlərsə bu müttəfiqliyi pozmaq istəyirlər”. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov belə deyib.
O bildirib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna bununla bağlı tapşırıq veriləcək: “Məsələ araşdırılmalıdır”.
Xatırladaq ki, Gürcüstanın baş nazir Georgi Kvirikaşvili bir neçə gün öncə parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər. Həmin vaxt Gürcüstan müxalifəti baş nazirin təklifinii sərt tənqid edib.
Tehsil-press.az