Sumqayıtın Tarixi Muzeyində 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş "Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirilib

Sumqayıtın Tarixi Muzeyində 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirdə "Yardımlı” Xeyriyyə Cəmiyyətinin Sumqayıt şəhəri üzrə koordinatoru Hilal Əliyev, "Tərəqqi” medallı rabitəçi Mehman Ömərov, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təlimatçısı Bayram Cəfərli, Qubadlı rayon Tarix – Diyarşünaslıq Muzeyinin əməkdaşları, 18 və 41 nömrəli tam orta məktəblərin müəlim və şagird heyəti iştirak ediblər.
Muzeyin kütləvi – ekspozisiya şöbəsinin müdiri Sevinc Əmirova 1918-ci ildə Şərqdə yaradılmış ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Bildirib ki, cümhuriyyət 23 aydan sonra süqut etsə də, xalqımız öz müstəqilliyini 70 ildən sonra, 1991-ci il oktyabrın 18-də yenidən qazandı.
Sonra muzeyin əməkdaşları—elmi katib Sənurə Lazımova, kiçik elmi işçi Zülfiyyə Fətəliyeva "Azadlıqdan müstəqilliyə doğru”, "Yeniləşən Sumqayıt” adlı mühazirələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Digər çıxış edənlər - YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, "Yardımlı” Xeyriyyə Cəmiyyətinin Sumqayıt şəhəri üzrə koordinatoru Hilal Əliyev, Sumqayıtın Tarixi muzeyinin direktoru, "Əməkdar mədəniyyət işçisi” Olya İslamova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təlimatçısı Bayram Cəfərli, 41 nömrəli tam orta məktəbin tarix müəllimi Samirə Məmmədova və başqaları müstəqil Azərbaycanın nailiyyətlərindən söz açıblar. Vurğulanıb ki, Azərbaycanın suveren dövlət kimi mövcud olması əgər tarixi zərurətdən irəli gələn hadisə idisə, ölkəmizin müstəqilliyinin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Qeyd olunub ki, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Şeir üzrə şəhər müsabiqəsinin qalibləri olan 4, 17 və 28 nömrəli tam orta məktəblərin şagirdləri – Nüsrət Ağazadə, Fatimə Quliyeva, Aytən Ağazadə, Zəhra Əzizova, Nuray Əliyevanın ifasında mövzu ilə səsləşən şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda 27 illik müstəqillik tariximizi özündə əks etdirən videoçarx nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıtın Tarixi Muzeyində 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş "Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirilib Sumqayıtın Tarixi Muzeyində 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş "Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirilib Sumqayıtın Tarixi Muzeyində 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş "Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirilib Sumqayıtın Tarixi Muzeyində 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş "Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirilib

Oxşar xəbərlər