Sumqayıt Regional mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sumqayıt Regional mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan Həqiqətləri Uğrunda Koolitsiyanın, Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökumət təşkilatına Dövlət Dəstəyi Şurasının, Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin, Qarabağ Əlillər Cəmiyyətinin Sumqayıt şöbəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Vətəndən keçən yollar” adlı sərgi təşkil olunub. Sərgidə Əməkdar İncəsənət xadimi Vaqif Nəzirovun və Tofiq Əhmədovun birgə lahiyəsi olan “Vətən Şəhidləri ilə ucalır” əsəri və İntiqam Ağayevin əsərləri nümayiş olunub. Sərgidə 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş və Aprel döyüşlərində şəhid olmuş Mayor Elnur Əliyevin həyatından bəhs edən “Şəhidlik zirvəsi” adlı qısa metrajlı sənədli film nümayiş olunub.
Həmçinin, Sumqayıtın Tarixi Muzeyində “31 Mart Azərbaycanlıların soyqırımı günüdür” adlı sərgi tərtib olunub. Sərgidə XX əsrin əvvələrində ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri özündə əks etdirən fotoşəkillər, kitab, jurnal və sumqayıtlı rəssamların rəsm əsərləri yer alıb.
Zəngilan rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə MKS-in direktoru tədbir iştirakçılarına 31 Mart Soyqırımı ilə əlaqədar geniş məlumat verib. Tədbirdə kitabxananın əməkdaşları, fəal oxucuları və Nərimanov rayon 193 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Qubadlı Rayon orta ümümtəhsil məktəbləri ilə birgə tədbir keçirilib. Tədbirdə sərgi nümayiş olunub, ekskursiya təşkil edilib və şagirdlərin ifasında şeirlər dinlənilib.
Xızı rayon Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən anım tədbirini giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Xızı rayonu üzrə nümayəndəsi – baş məsləhətçi Mönsüm Bağırov açaraq mart hadisələrindən, ermənilərin törətdiyi vəhşiliklərdən danışıb. Daha sonra tədbirdə iştirak edən R.İsmayılov adına Xızı şəhər orta məktəbin tarix müəllimi Rəna Cəfərovanın mövzu ilə əlaqədar mühazirəsi dinlənilib. R.İsmayılov adına Xızı şəhər orta məktəbin şagirdlərinin ifasında soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş etdirilib. Tədbirin sonunda 31 mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş tarixi faktlar əsasında hazırlanmış sənədli film nümayiş etdirilib.
Abşeron rayon mədəniyyət mərkəzində isə "Qanlı qətliam" adlı ədəbi bədii gecə keçirilib. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gecəni giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi Abşeron rayon üzrə nümayəndə Əməkdar mədəniyyət işçisi İlham Manafov açaraq qətliam haqqında geniş məlumat verib, xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Sonra "Xocalı Soyqırımını tanıtma" İctimai birliyin sədri "Tərəqqi" medalı mükafatçısı, Qarabağ qazisi Şamil Sabir oğlu çıxış edərək mənfur düşmənlərin tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırım cinayətindən danışıb. Canlı şahidi olduğu Xocalı faciəsi zamanı ermənilərin törəkdikləri hadisələri xatırlatıb, Daha sonra Xocalı rayon 2 saylı tam orta məktəbin direktor əvəzi, Azərbaycanın Milli Qəhramanı şəhid Fizuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova bu sərgidə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Gecədə 31 Mart soyqırımını əks etdirən, “Salnamə” studiyasının istehsalı olan "Həqiqətin özü" sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra Abşeron rayon mədəniyyət mərkəzinin Xalq teatrının həvəskar aktyorların iştirakı ilə soyqırımı əks etdirən " Qanlı Qətliam " adlı kompozisiya nümayiş olunub.
Ceyranbatan qəsəbə Uşaq İncəsənət məktəbində soyqırım qurbanlarının xatirəsinə fotosərgi nümayiş edilib. Sərgidə təqdim olunan tarixi fotolar iştirakçıların böyük marağına səbəb olub. Daha sonra məktəbin fortepiano şöbəsinin müdiri Ülviyyə İmammərdilinin mövzu ilə əlaqədar mühazirəsi dinlənilib.

Sumqayıt Regional mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər