Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 26-cı, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçirlib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 26-cı, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçirlib Sumqayıt Şəhərinin Tarixi Muzeyində YAP Sumqayıt şəhər Təşkilatının Qadınlar şurası ilə birgə tədbir keçirilib. Tədbiri sözü ilə YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Nazilə Cəlilova açıb. 41 saylı məktəbin direktoru Leyla Əliyeva mövzu ilə əlaqədar məruzə edib. Daha sonra “Dostluq” mədəniyyət evinin bədii qiraətçilərinin ifasında şeirlər dinlənilib. Tədbirdə həmçinin, muzeyin fondlarında mühafizə olunan materiallar əsasında tərtib olunmuş “Xocalı…” adlı sərgi nümayiş olunub. Sərgidə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər, sənədlər, kitab və jurnallarla yanaşı, Xocalı şəhidi Mələk Əyyubovanın şəxsi arxivindən materiallar, xarici jurnalistlərin Xocalıda gördükləri dəhşətlərdən bəhs edən çap məhsulları, sumqayıtlı rəssamların rəsm əsərləri da nümayiş etdirilib. Sərgidə həmçinin 2009-cu ildən etibarən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” Beynəlxalq kompaniyasının fəaliyyətini əks etdirən üç cildlik kitablar nümayiş olunub, muzey tərəfindən hazırlanmış və Xocalı faciəsinin bütün dəhşətlərini özündə əks etdirən slayd-şou təqdim olunub.
S.Vurğun adına Mərkəzi Kitabxana Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində “Bəşəri faciə, unudulmaz tarix” adlı dəyirmi masa keçirib. Tədbirdə 5 nömrəli orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə Əməkdar jurnalist Rəhman Orxan, politolog Hacı Kamil Bədəlli, tarixçi və ilahiyyatçı Əkbər İsamyılov, şair Süleyman Hüseynov, MKS- nın direktoru Yeganə Əhmədova mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər. Oxu zalının multimedia mütəxəsisi Sima Həsənova Sumqayıt hadisələri və Xocalı faciəsinə həsr edilmiş sərgidən biblioqrafik xülasə verib.
Sumqayıt Dövlət Rəsm Qalereyası Şəhər Mədəniyyət Evi ilə birgə “Əsrin faciəsi” adlı tədbir keçirib. Tədbirdə qalereyanın fondunda mühafizə olunan və Sumqayıtın peşəkar rəssamalrının “Tarixin izləri” (Murad Balakişiyev), “Dərdli qadın” (Intiqam Cəfərov), “Şəhid anası” (Zakir Mehdiyev), “Xocalı”(Nigar Qurbanova), “Əbədi sükut” (Dilarə Xanlarova), “Gecə” (Tamara Aşurova), “Xocalı” (İbrahim Rzayev), “Qanlı Xocalı” (Hacıağa Nəzərov), “Xocalı” (Vaqif Nəzərov) asərləri nümayiş olunub. Tədbirdə Şəhər Mədəniyyət Evinin özfəaliyyət dərnəyinin üzvlərinin ifasında şeir və musiqi nömrələri dinlənilib.
Sumqayıt şəhər F.Əmirov adına Uşaq musiqi məktəbində də soyqırım qurbanları anılıb. Tədbirdə Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verilib. Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, Naib Zəkiyevin balabanda, Xatirə Məmmədovanın violində həzin ifaları dinlənilib
Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə Mərkəzi Uşaq Kitabxanası tərəfindən təşkil olunan kitab sərgisi nümayiş olunub. Şagirdlərin ifasında şeirlər dinlənilib.
Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbində də Xocalı soyqırımının qurbanları anılıb. Tədbiri giriş sözü ilə məktəbin direktoru Mirkamil Ağamirov açaraq Xocalıda törədilən soyqırımı haqqında geniş məlumat verib. Daha sonra məktəbin fortepiano şöbəsinin müdiri Aygün Əsədova, müəllimlər: Etibar Əliyev, Rövşən Bayramov, Kəmalə Əsədova, Ellada Məmmədova, Şahnaz Abbasova və başqaları mövzu ilə əlaqədar çıxış ediblər. Daha sonra məktəbin şagirdləri: Aydan Rzayeva, Aysel Əlizadə, Aytən Məmmədova, Banu Əliyeva və digərlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Sonda tədbir iştitakçıları məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin Xocalı soyqırımına həsr etdikləri rəsm əsərlərinin sərgisi ilə yaxından tanış olublar.
Bülbülcan adına Şuşa şəhər UMM-də keçirilən tədbirdə məktəbin kollektivi və valideynlər iştrak ediblər. .Məktəbin şagirdləri Xoçalı qətliamı adlı kompozisiya ilə çıxış ediblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 26-cı, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçirlibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 26-cı, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçirlibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 26-cı, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçirlibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 26-cı, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçirlibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 26-cı, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçirlibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 26-cı, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçirlibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 26-cı, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçirlib

Oxşar xəbərlər