Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək.
Mərkəzdən Tehsil-press.az-a TOEFL IBT imtahanı 2018-ci il oktyabrın 20-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahan saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

TEHSIL-PRESS.AZ

Oxşar xəbərlər