Dövlət İmtahan Mərkəzi yanvarın 13-də TOEFL IBT imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi yanvarın 13-də TOEFL IBT imtahanı keçirəcək Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 13-də TOEFL IBT imtahanı keçiriləcək.
TOEFL IBT mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil ediləcək.
İmtahan saat 09:00-da başlanacaq. İmtahanda iştirak edənlər saat 08:30-dək imtahan binasında olmalıdırlar.
TOEFL® imtahanı haqqında ümumi məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.

Təhsil-press.az

Oxşar xəbərlər