Uzun müddət yeraltı təkanlar olmazsa, daha təhlükəli zəlzələlər baş verər

Uzun müddət yeraltı təkanlar olmazsa, daha təhlükəli zəlzələlər baş verər Gün ərzində respublika ərazisində bir neçə zəlzələ baş verir. Buna səbəb litosferdə gedən dəyişikliklərdir. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi maqnitudası 3 bal və ondan yuxarı olan, hiss edilən, eləcə də edilməyən yeraltı təkanlar haqqında məlumatları cəmiyyətə çatdırır.
Bu barədə Tehsil-press.az-a mərkəzin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.
Mətbuat katibi bildirib ki, xırda və hiss olunmayan təkanların baş verməsi müsbət haldır. Çünki yerin daxilində enerji boşalması baş verir. Əgər uzun müddət yeraltı təkanlar olmazsa, o zaman zəlzələlər daha təhlükəli xarakter alar. Uzunmüddətli süstlükdən sonra yığılan gərginlik litosfer parçalanan zaman daha dağıdıcı olur.

Tehsil-press.az

Oxşar xəbərlər