Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının müəllimi Samin Məliyin dünyanın nüfuzlu elmi jurnallarından birində daha bir məqaləsi dərc olunub.
"Ədədi Funksional Analiz və Optimizasiya" ("Numerical Functional Analysis and Optimization") jurnalında dərc olunan elmi məqalə "İdarəedicidə gecikməli dinamik sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün zəruri şərtlər" ("On Necessary Optimality Conditions for Singular Controls in Dynamical Systems with a Delay in Control") adını daşıyır.
Məqalədə yeni isbat metodları tətbiq edilməklə ən yeni mühəndislik və iqtisadi optimallaşdırma problemlərinin həllində tətbiq olunan və optimallaşdırma nəzəriyyəsində ən əhəmiyyətli nəticələrdən biri sayılan Pontryaqin Maksimum prinsipinin gücləndirilmiş analoqu alınıb. Bundan əlavə, Maksimum prinsipi mənada məxsusi idarəedicinin optimallığı üçün ikinci və daha yüksək tərtib zəruri şərtlər alınıb. İdarəedicidə gecikməli dinamik sistemlərdə optimallaşdırma məsələləri müasir riyaziyyatın ən prioritet tədqiqat sahələrindən olub, yeni çox funksiyalı texnoloji maşınların əlverişli iş prinsiplərinin təyinatı və həmçinin riyazi modelləri vasitəsi ilə gecikməsi olan və ya məhdudiyyətlər yaranmış bank ödənişlərinin optimal idarə olunması üçün mühüm əhəmiyyət daşıyır.
50 ildir ki fəaliyyət göstərən, "Tomson” reytinqli "Ədədi Funksional Analiz və Optimizasiya" jurnalı ABŞ'ın çox nüfuzlu “Taylor&Francis” elmi jurnallar bazasında olmaqla yanaşı "Kontrol və Optimizasiya" sahəsi üzrə ən nüfuzlu elmi jurnallardandır. Redaksiya heyəti ABŞ, Almaniya və Fransa universitetlərinin professorlarından ibarət olan jurnal dünyaca məşhur SCOPUS, MathSciNet, EBSCOhost və ZentralblattMath kimi elmi araşdırmalar bazalarına da daxildir.
Qeyd edək ki, BANM-ın müəllimi Samin Məlik Böyük Britaniyanın Mançester Universitetində “Riyaziyyat və riyazi məntiq” ixtisası üzrə magistraturanı bitirib və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda ixtisası üzrə dissertantdır.
Hikmət Əliyev