Avropa nəşri: “İKT tətbiqi – UNEC nümünəsində”

Avropa nəşri: “İKT tətbiqi – UNEC nümünəsində” UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, dosent Anar Rzayev və “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanovun birgə hazırladığı elmi məqalə Macarıstanın SEFBIS jurnalında dərc edilib.
Məqalə “Dövlət universitetində İKT-nin tətbiqi – UNEC nümünəsində” mövzusunda olub. Məqalədə UNEC-də tətbiq olunan İKT sisteminin geniş təsviri verilib və əsas üstünlükləri açıqlanıb. Eyni zamanda, İKT-nin UNEC nümünəsində tədris, təhsil və inzibati idarəetmədə səmərəlilik və keyfiyyətin artmasına təsiri araşdırılaraq qiymətləndirilib.
SEFBIS jurnalı Macarıstanın biznes informasiya sistemləri üzrə ən nüfuzlu elmi jurnaldır.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər