Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ) “Təhsilin keyfiyyətinin iqtisadi inkişafda rolunun qiymətləndirilməsi” və “Azərbaycanın əsas ticarət tərəfdaşlari ilə milli valyutalarla ticarətə keçidin effektlərinin qiymətləndirilməsi” mövzuları üzrə elmi tədqiqat işləri yerinə yetirib.
Birinci mövzunun ilkin mərhələsi tamamlanıb. Bu mərhələdə “Xərclər–buraxılış” balans modeli əsasında müəyyənləşdirlib ki, təhsilə yatırılan hər vahid investisiyalar iqtisadiyyatın əksər sahələrindən (o cümlədən neft sektorundan) daha çox multiplikativ effekt verməklə iqtisadi inkişafa təkan verir. İkinci mövzu üzrə tamamlanan tədqiqatda Azərbaycanın əsas ticarət tərəfdaşları ilə milli valyutalarla ticarətə keçidin effektlərinin qiymətləndirilməsi üzrə riyazi model qurulub. Əsas ticarət tərəfdaşlarının xarici ticarətdə milli valyutalara keçidin iqtisadi effektlərinin qiymətləndirilməsi üçün imitasiya modeli qurulub və müxtəlif ssenarilərdə “Excel” proqramında reallaşdırılıb.
Qeyd edək ki, ötən ildə institut əməkdaşları tərəfindən ümumilikdə 40 elmi əsər, o cümlədən bir dərslik, bir monoqrafiya dərc olunub. Elmi məqalələrdən üçü ən böyük istinad bazası olan “SCOPUS” bazasına daxil edilib.
Hüseyn Şərifov