Nüfuzlu beynəlxalq elmi nəşr UNEC-ə etimad göstərir

Nüfuzlu beynəlxalq elmi nəşr UNEC-ə etimad göstərir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elm şöbəsinin müdiri, professor Zahid Məmmədov beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib.
Universitetin son dövrlərdə beynəlxalq aləmdə təhsil və elm sahəsində artan nüfuzunu nəzərə alaraq, MDB Parlamentlərarası Assambleya Şurasının təsisçiliyi ilə çıxan “Dialoq: siyasət, hüquq, iqtisadiyyat” elmi jurnalı azərbaycanlı alimi nəşrin redaksiya heyətinin üzvlüyünə qəbul edib.
Beynəlxalq jurnalda siyasət, iqtisadiyyat və hüquqi mövzularda elmi məqalələr nəşr edilir. Jurnal Rusiya Federasiyası Ali Attestasiya Komitəsinin dissertasiyalarının əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər