Latviyanın “Liepau” Universitetinin əməkdaşı Erik Lauberq Azərbaycanda və Ukraynada keçirilən təhsil və karyera, habelə Ukraynadakı “Begin Edu Fair Kiev” təhsil sərgilərindən sonra təəssüratlarını bölüşüb.
Erik Lauberqin sözlərinə görə, “Liepau” Universitetində 13 ölkədən tələbələr təhsil alır. Onların arasında Azərbaycan və Ukraynadan olan gənclər də var. Universitet qarşıdakı illərdə əcnəbi tələbələrin sayını artırmağı planlaşdırır və belə sərgilərdə iştirakı yüksək qiymətləndirir.
Universitet əcnəbi tələbələrə bakalavr pilləsində “İnformasiya texnologiyaları”, “Kompüter bilikləri”, “Avropa dilləri və mədəniyyəti”, magistr pilləsində isə “İnformasiya texnologiyaları”, “Ekotexnologiyalar”, “Müasir media”, “Pedaqogika” ixtisasları üzrə ingilis dilində dərslər təqdim edir.
Tehsil-press.az