Belarus Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır

Belarus Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır Belarus Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır.
Bunu Tehsil-press.az-a Belarus Təhsil Günləri çərçivəsində keçirilən sərginin iştirakçısı, Belarus Dövlət Universitetinin əcnəbi vətəndaşlarla iş və beynəlxalq marketinq şöbəsinin rəisi Janna Savelyeva bildirib. O qeyd edib ki, bu ali təhsil ocağında azərbaycanlı tələbələr zəhmətsevərliyi və intizamlığı ilə seçilirlər. Hazırda 40 ölkədən 30 min tələbənin təhsil aldığı bu universitet Belarusun aparıcı ali məktəbidir və onun diplomu bütün ölkələrdə tanınır. Universitetin müəllimləri və əməkdaşları əcnəbi tələbələrə böyük diqqət və qayğı ilə yanaşırlar, onlar üçün hər cür şəraiti olan səkkiz yataqxana ayrılıb.
Belarus Dövlət Universitetinin qapılarının hər zaman keyfiyyətli təhsil almaq istəyən gənc istedadların üzünə açıq olduğunu vurğulayan J.Savelyeva əmin olduğunu bildirib ki, Belarus Təhsil Günləri azərbaycanlı abituriyentlərin bu ölkəyə marağının artmasında böyük rol oynayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər