Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Nazirlər Kabinetinin iclasında qızıl ştanq qaldırıb. Nazirlər ölkə başçısının bu hərəkətini ayaqüstə alqışlayıblar. Qeyd olunur ki, iclasda ölkədə 1-10 noyabr tarixlərində keçirilən ağır atletika üzrə dünya çempionatı müzakirə edilib.