Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin magistrantı Nurlan Ağanın “15 iyul və media” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid təqdimatı keçirilən kitabın müasir türk tarixindəki əhəmiyyətindən danışıb.
Universitetin mətbuat və informasiya şöbəsinin müdiri, beynəlxalq jurnalistika kafedrasının dosenti Pərvanə İbrahimova nəşrlə bağlı fikirlərini bölüşüb.
Kitabın müəllifi Nurlan Ağa qeyd edib ki, nəşrdə yer alan məlumatlar KİV-də yayımlanan xəbərlərin təhlil olunmuş formasıdır.
Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Həmid Karadəniz 2016-cı il iyulun 15-də yaşanan hadisələrin – hərbi çevrilişə cəhdin canlı şahidi olduğunu bildirib. O, sözügedən hadisənin işıqlandırılmasında KİV-lərin rolundan danışıb.
Yunus Əmrə İnstitutunun Azərbaycan nümayəndəliyinin başçısı Cihan Özdemir, Azərbaycan Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq Ələsgərli, MŞ-nin idarə heyətinin üzvü Azər Həsrət, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev və digər çıxış edənlər də nəşrin əhəmiyyətindən bəhs ediblər.

Kəmalə Rəhimli