ABŞ səfirliyinin mətbuat katibi BDU-da mühazirə oxuyub

ABŞ səfirliyinin mətbuat katibi BDU-da mühazirə oxuyub ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Rey Neyler Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində olub.
Fakültənin ingilisdilli qruplarının tələbələri ilə keçirilən görüşün əvvəlində Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev qonağı salamlayıb, onun fəaliyyəti barədə məlumat verib.
Məlum olub ki, bu ilin sentyabr ayından mətbuat katibi vəzifəsində çalışan R.Neyler bir çox orta Asiya ölkələrində müxtəlif sahələr üzrə işləyib, Azərbaycan, rus, tacik dillərini bilir.
Daha sonra mətbuat katibi təmsil etdiyi qurumun fəaliyyəti barədə mühazirə oxuyub. R.Neyler mətbuat xidmətinin səmərəli fəaliyyət göstərməsi, xəbərlərin doğru təhlil edilməsi, yayılması barədə fikirlərini bölüşüb. Təmsil etdiyi qurumun media ilə əlaqələrindən və sosial şəbəkələrdəki fəaliyyətindən bəhs edən R.Neyler tələbələrin peşəkar jurnalist kimi yetişmələri ilə bağlı məsləhətlərini verib.
Sonda tələbələrin çoxsaylı suallarını cavablandıran R.Neyler onların ingilis dili səviyyələrini, sual vermək qabiliyyətlərini yüksək dəyərləndirib.
Qeyd edək ki, tədbirdə ABŞ səfirliyi mətbuat xidmətinin mütəxəssisi Gülçin Seyidova, Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimova, Jurnalistika fakültəsinin ingilisdilli qruplarının müəllimləri, filologiya üzrə fəlsəfə doktorları - Vəfa İsgəndərova, Təranə Mahmudova, Cabir Məmmədli və Anzulə Əmirova da iştirak edibər.

BDU-nun Mətbuat Xidməti


ABŞ səfirliyinin mətbuat katibi BDU-da mühazirə oxuyub
ABŞ səfirliyinin mətbuat katibi BDU-da mühazirə oxuyub
ABŞ səfirliyinin mətbuat katibi BDU-da mühazirə oxuyub

Oxşar xəbərlər