Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycan aşıq sənəti” kitabının təqdimatı olub

Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycan aşıq sənəti” kitabının təqdimatı olub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış musiqişünas, aşıq musiqisinin ilk tədqiqatçısı Əminə Eldarovanın “Azərbaycan aşıq sənəti” kitabının yeni nəşrinin təqdimatı olub.
Kitab Azərbaycan, rus və ingilis dillərində çap edilib.
Tədbirdə universitetin rektoru, professor Fərəh Əliyeva kitabın yeni nəşrinin əhəmiyyətindən və Ə.Eldarovanın aşıq sənətinin öyrənilməsində əvəzsiz xidmətlərindən danışıb.
Kitabı ingilis dilinə tərcümə edən, Karolina Universitetinin əməkdaşı, professor A.Oldfield (ABŞ), ingilis dilində mətnin redaktoru S.İbrahimova, professorlar M.Qasımlı, İ.Köçərli, Z.Dadaşzadə və digər çıxış edənlər əsərlə bağlı fikirlərini bildiriblər. Nəşrin elmi redaktoru, professor K.Dadaşzadə kitabın çapa hazırlanması prosesi barədə məlumat verib.
Təqdimat mərasimində ADMİU-nun müəllimləri, aşıqlar Əhliman Rəhimov, Altay Məmmədov, Nemət Qasımov və digər saz-söz ustaları məşhur aşıq havalarını səsləndiriblər.

Hikmət Əliyev


Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycan aşıq sənəti” kitabının təqdimatı olub

Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycan aşıq sənəti” kitabının təqdimatı olub

Oxşar xəbərlər