İsrail Qəzzaya raket zərbələri endirib

İsrail Qəzzaya raket zərbələri endirib İsrail aviasiyası və artilleriyası bazar ertəsi axşam Qəzza Zolağı ilə sərhəddə hərbçilərinin atəşə tutulmasından sonra Fələstin döyüşçülərinin mövqelərinə hücum edib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bu, gün ərzində artıq ikinci zərbə mübadiləsidir. Hər iki tərəfdən itki barədə məlumat yoxdur.
"HHQ İsrailin yaşayış məntəqəsinə atılan raketə və hərbçilərə hücumuna cavab olaraq HƏMAS-ın üç postuna zərbə endirib", - deyə press-relizdə bildirilir.

Təhsil-press.az

Oxşar xəbərlər