İsrail: İran Suriyada Qolan yüksəkliklərini atəşə tutub

İsrail: İran Suriyada Qolan yüksəkliklərini atəşə tutub Suriyada yerləşən İran qüvvələri Qolan yüksəkliklərində yerləşən İsrail mövqeləriniə raket zərbələri endirib.
Bunu İsrailin hərbi mətbuat katibliyinin nümayəndəsi Yonatan Konrikus bildirib.
Onun sözlərinə görə, gecə yarısında Qolan yüksəkliklərində öndə yerləşən mövqelərə İranın "Əl-Qüds" qüvvələri tərəfindən 20 raket zərbəsi endirilib. Konrikus deyib ki, raketlərin bir hissəsi "Dəmir minarə" raket əleyhinə müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
İtkilər barədə məlumat verilmir.

Tehsil-press.az

Oxşar xəbərlər