Nazirlər Kabineti "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları"na dəyişikliklər edib.
Bu qaydaların indiyədək mövcud olan variantına əsasən, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilib.
Yeni qaydalarda isə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə bağlı olan istsna hal aradan qaldırılıb. Bundan sonra bütün təhsil müəssisələrinin akkreditasiyası hər 5 ildə bir dəfə həyata keçiriləcək.
Bununla yanaşı, indiyədək mövcud olan qaydaya əsasən, təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılıb və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradıb.
Yeni qaydalarda isə akkreditasiyanın nəticələrinin təhsil müəssisəsinin fəaliyyətinin 5 il müddətinə uzadılmasına hüquqi təminat yaratması ilə bağlı müddəaya dəyişiklik edilib. Bu müddəada təhsil müəssisəsinin fəaliyyətinin müddətinin uzadılması üçün müəyyən edilmiş konkret müddət ləğv edilib.
Yeni qaydalarda qeyd edilir ki, təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.