Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yazıçı-psixoloq Rövşən Abdullaoğlunun təqdimatında “İnsan niyə tükənir?” mövzusunda təlim keçirilib.
Tədbirdə dillər və ictimai fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov mövzunun əhəmiyyətindən bəhs edib. O, tələbələrdə vaxtın idarə olunması, zaman itkisinə səbəb olan amillərin ortaya çıxarılması və aradan qaldırılması, iş planının düzgün tərtibi və gənclərə məsuliyyət vərdişlərinin aşılanmasında, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
R.Abdullaoğlu bildirib ki, təlimin əsas məqsədi tükənmə sindromunun əlamətləri və onunla mübarizə yollarıdır. O deyib ki, özünü hər gün narahat və yorğun hiss edən, tez hirslənən, həyatından və işindən zövq ala bilməyən insanlar tükənmə sindromundan əziyyət çəkirlər.
R.Abdullaoğlu insanlarla daha çox ünsiyyət qurulan işlərdə bu sindromun yaşanma riskinin yüksək olduğunu qeyd edib. O, tükənmə sindromunu aradan qaldırmağın mümkün olduğunu vurğulayıb. Yazıçı-psixoloq “Nə baş verir?”, “Mən nə istəyirəm?”, “İstəklərimi necə yerinə yetirə bilərəm?”, “Hansı alternativlərim var?” tipli suallara cavab tapmaqla sindromu müalicə etməyin mümkünlüyünü bildirib.
Tələbələrin və qonaqların qatıldığı təlim maraqlı müzakirələrlə davam edib.

Aİİ-nin Mətbuat Xidməti