Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) noyabrın 14-də "İslam ənənəsində mötədillik" mövzusunda seminar keçirib.
Seminarda Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların hazırlanması məqsədilə institutun müxtəlif mövzularda təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlərin əhəmiyyətindən danışıb. O, dinlərin ifrata qarşı olduğunu bildirib, insanlara ibadətlərində, danışıq və davranışlarında orta yol tutmağı tövsiyə edib.
“İpək yolu” nəşriyyatının müdir müavini, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov məruzəsində qeyd edib ki, tarixboyu bütün dinlər, ideologiyalar və fəlsəfi cərəyanların hədəfi nümunəvi insan modelinin formalaşdırılması olub. Bununla yanaşı, cəmiyyətdə dini tolerantlığın, sosial-siyasi ədalətin, sabitliyin təşəkkülü və qorunması üçün məhz mötədillik şüurunun mənimsənilməsi istiqamətində çoxlu sayda elmi-tədqiqat əsərləri yazılıb.
Məruzəçi İslamın nifrəti bəyənmədiyini, zorakılığa “yox” dediyini, bəşəriyyəti sülhə və əmin-amanlığa çağırdığını, tolerantlığı təbliğ etdiyini xüsusi vurğulayıb.
Abbas Qurbanov insan davranışları və əxlaq fəlsəfəsi baxımından əhəmiyyət kəsb edən mövzunun İslam mütəfəkkirlərinin də diqqət mərkəzində olduğunu bildirib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Aİİ-nin Mətbuat Xidməti