Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Vilyam Gil ilə görüşüb.
Rektor K.Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu söyləyib. Rektor Amerikanın sabiq prezidenti Corc Buşun vəfatından kədərləndiyini bildirib və dərin hüznlə başsağlığı verib. K.Abdulla deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Amerikanın demokratik münasibətlərə qədəm qoymasının məhz iki böyük prezidentin- Heydər Əliyev və Corc Buşun adı ilə bağlı olduğunu daim qeyd edib: “Bakı Amerika Mərkəzinin yenidən açılışı da bu münasibətlərin davamıdır. Amerika mərkəzinin açılışı mötəbər hadisədir”. K.Abdulla əlavə edib ki, mərkəzin fəaliyyətindən yararlanan azyaşlı uşaqlar həmin mühiti hiss edəcək və ölkəyə layiq vətəndaş kimi yetişəcəklər. K.Abdulla mərkəzin təmirində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib: “Əminəm ki, çəkilən zəhmətlərin bəhrəsi yaxın zamanlarda görəcəyik”. ADU-da həyata keçirilən “Səfir saatı” klubu barəsində danışan rektor qonağı bu layihə çərçivəsində tələbələrə mühazirə deməyə dəvət edib.
V.Gil səmimi qəbula görə minnətdarlığını ifadə edib. Qonaq Azərbaycan və ABŞ arasında mədəniyyət, təhsil və digər sahələr üzrə davamlı və uzunmüddətli əlaqələrin mövcud olduğunu söyləyib. Bakı Amerika Mərkəzinin təmirdən sonra yenidən istifadəyə verilməsindən şad olduğunu deyən V.Gil mərkəzin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində bariz nümunə olduğunu söyləyib. Qonaq mərkəzin fəaliyyətində ADU-nun yaxından dəstəyinin danılmaz olduğunu deyib. O, tərəfdaşlığın bir hissəsi olaraq məlumatların müasir şəraitdə və müxtəlif proqramlarla öyrədilməsi üçün yenicə təmirdən çıxmış mərkəzdə resurslar, əlverişli mühitin mövcudluğundan danışıb. V.Gil mərkəzin fəaliyyətinin ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağından əminliyini bildirib.
Sonra Bakı Amerika Mərkəzinin (BAM) əsaslı təmirdən sonra yenidən açılış mərasimi keçirilib. K.Abdulla və V.Gil mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olublar.
Daha sonra Azərbaycanın Bakı, Gəncə, Xaçmaz, Salyan, Kürdəmir ərazilərində yerləşən Amerika Mərkəzləri haqqında məlumatların əks olunduğu americancorners.az saytının təqdimatı olub.
Xatırladaq ki, Amerika Mərkəzi Bakıda ilk dəfə 2004-cü ildə açılıb, 2007-ci ildən ADU-da yerləşir. Amerika Mərkəzi ingilis dilini öyrənmək və Amerika haqqında məlumat əldə etmək istəyənlərin əsas maraq yeridir. Mərkəzdə ingilis dilini öyrənənlər, Birləşmiş Ştatlarda təhsil imkanları haqqında məlumatı əldə etmək istəyən tələbələr üçün resurslarla zəngin olan, həmçinin ABŞ cəmiyyəti və mədəniyyəti haqqında kitab və dövrü nəşrlərdən ibarət olan Amerika kitabxanası mövcuddur.

ADU-nun Mətbuat Xidməti