İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla ABŞ-ın Corc Vaşinqton Universitetinin Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumunda iştirak edən nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan rektor K.Abdulla onlara universitet haqqında ətraflı məlumat verib. Təhsil liderləri şəbəkəsinin gördüyü işlərlə tanış olduğunu deyən rektor Corc Vaşinqton Universitetində olduğunu xatırladıb və həmin ali təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşüb. O, ADU-da Amerika Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. “ İstərdik ki, sizdə də Azərbaycan Mədəniyyəti Mərkəzi olsun” –deyən K. Abdulla ölkədə həyata keçirilən multikulturalizm siyasətindən də söz açıb. O, qonaqları multikulturalizmlə bağlı yay və qış məktəblərinə dəvət edib: “Azərbaycan multikulturalizminə xoş gəlmisiniz!”
Universitetdə fəaliyyət göstərən kafedraların fəaliyyət istiqamətlərindən danışan rektor tədris və elmi istiqamətlərin bir-birini harmonik şəkildə tamamladığını qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı məktəbinin dekanı Maykl Fyuer ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Daha sonra Corc Vaşinqton Universitetinin nümayəndələri ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) olub.
Açılış nitqi ilə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Emi Petersen qonaqları salamlayaraq universitet rəhbərliyinə nümayəndə heyətini qəbul etdiyi üçün təşəkkür edib.
Sonra çıxış edən rektor K.Abdulla ADU-nun müəllim və tələbələrinin Corc Vaşinqton Universiteti ilə yaxından tanış olduqlarını deyib və bu ali təhsil müəssisəsinin bütün dünyada məşhur olduğunu sözlərinə əlavə edib. O, “İstərdik ki, sizinlə əməkdaşlığı daha da dərinləşdirək”-
deyərək bu tədbirin Azərbaycan və Amerika təhsil sistemi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Rektor universitetlər arasındakı əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirdib.
ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı məktəbinin dekanı M.Fyuer çıxışında ADU-da olmaqdan məmnun olduğunu bildirib. O, təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışaraq universitetin tarixi, təhsil sistemi, tədris prosesi barədə ətraflı məlumat verib. M. Fyuer “Biz inanırıq ki, Corc Vaşinqton Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzini açmaq arzu olaraq qalmayacaq”-deyərək birgə əməkdaşlıq nəticəsində buna nail olunacağını vurğulayıb.
Daha sonra tədbir şəbəkələşmə sessiyasında davam edib.

ADU-nun Mətbuat Xidməti