Putin Orxan Camalın qətlindən danışdı

Putin Orxan Camalın qətlindən danışdı Rusiya prezidenti Vladimir Putin hər il ənənəvi olaraq keçirdiyi mətbuat konfransında Mərkəzi Afrika Respublikasında qətlə yetirilən rusiyalı jurnalistlər, o cümlədən Orxan Camalla bağlı sualları cavablandırıb.
Putin baş vermiş hadisəni faciə adlandırıb. O bildirib ki, jurnalistlər MAR-a peşələri ilə əlaqədar yox, turist kimi gediblər: “Bu cinayəti yerli qruplaşmalardan biri törədib. Bildiyim qədər, MAR tədqiqatlar aparır. Hələlik inandırıcı məlumatlar yoxdur, ümid edirəm, tezliklə olacaq. Rusiyanın diplomatik kanalları vəziyyəti nəzarətdə saxlayır”.
Xatırladaq ki, Orxan Camal və digər 2 həmkarı iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Onlar “Vaqner” hərbi şirkəti haqqında reportaj hazırlamaq üçün getmişdilər.

Tehsil-press.az

Oxşar xəbərlər