Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mərkəzi Afrika Respublikasında öldürülən jurnalistlərlə bağlı açıqlama verib.
Nazirlik rəsmisi Kirill Radçenko, Orxan Camal və Aleksandr Rastorquyevin yaxınlarına hər cür dəstəyin göstəriləcəyini bildirib. Zaxarova hazırda qarşıda duran əsas məsələnin jurnalistlərin qətlə yetirilməsi ilə bağlı lazımi informasiyanın toplanılması olduğunu deyib.
Qeyd edək ki, MAR-da döyüşçülər tərəfindən öldürülən jurnalistlərin üzərində jurnalist vəsiqələrindən başqa heç bir sənəd olmayıb.
Xatırladaq ki, qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri olmuş, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur.
Əslən azərbaycanlı olan Heydər Camal 2016-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində 69 yaşında dünyasını dəyişib.
Tehsil-press.az