Bu 10 qidalanma adətinə yiyələnsəniz, qocalmazsınız! - Alimlərin araşdırmalarını kölgədə qoyan təcrübə

Bu 10 qidalanma adətinə yiyələnsəniz, qocalmazsınız! - Alimlərin araşdırmalarını kölgədə qoyan təcrübə Uzunömürlülük məsələsi hər zaman elm adamlarının, təbii olaraq da hamının marağında olub. Bir çox alimlər uzunömürlülüyün sirlərini araşdırır, onun səbəblərini müəyyənləşdirməyə çalışırlar. Bu araşdırmalar fonunda hər araşdırmadan bir avaz gəlir. Uzunömürlülüyün sirri hələ ki, tapılmasa da, cavan qalmağın üsulları təcrübəylə təsdiq olunub.
Cavanlığı qorumağın tərübədən keçirilmiş 10 üsulunu təqdim edirIK:
Rasionun çox hissəsini bitki mənşəli qidalar təşkil etməlidir
Tam taxıllar və paxlalılar ilboyu istifadə edilməlidir. Tərəvəzləri mövsümə görə ya təzə halda, ya da bişmiş şəkildə istifadə etmək olar. Əsasən də göyərtilərdən çox istifadə edilməlidir.
Həftədə 2 dəfədən çox ət yeməyin
Ət qida rasionunun əsas hissəsi olmamalidir. Çalışın ki, hər dəfə əl içi boyda ət yeyəsiniz. Yaxşı olardı ki, ət yemə tezliyi ayda 5 dəfədən çox olmasın. Daha çox kənd toyuğuna və qoyun ətinə üstünlük verin.
Hər gün 100 qr balıq əti yeyin
Ən yaxşı seçim sardina, ançous, treska balıqlarıdır. Çünki bu balıqların tərkibində civənin miqdarı azdır, kimyəvi maddələr isə demək olar ki, yoxdur.
Süd və süd məhsullarının istifadəsini azaldın
İnsanın həzm sistemi inək südünün tərkibində olan yağları və şəkəri həzm etmək üçün yaramır. Kalsiumu isə bitkilərdən, məsələn kələmdən də əldə etmək olar.
Həftədə 3 ədəd yumurta yeyin
Bir dəfəyə cəmi 1 yumurta yeyin. Yumurta yedikdə yanında meyvə, sıyıq və ya tam taxıllı çörəkdən istifadə din.
Gün ərzində yarım fincan paxlalılardan istifadə edin
Mərci, ağ lobya və digər paxlalılar uzunömürlülərin əsas qidalarından hesab olunur. Paxlalıların tərkibində orta hesabla 21% zülal, 77% karbohidrat var. Bu bitkilər həm də zəngin lif mənbəyi sayılır.
Şəkər istifadəsini azaldın
Uzuznömürlü insanlar şəkərdən demək olar ki, istifadə etmirlər. Onun yerinə onlar çaylarına bal əlavə edirlər. Çalışın ki, çayınıza 4 çay qaşığından çox şəkər əlavə etməyəsiniz. Şirin qidalardan uzaq durmağa çalışın.
Gün boyunca bir ovuc qoz yeyin
Harvard Universitetinin alimlərinin araşdırması göstərib ki, mütəmadi olaraq qoz yeyən insanlar arasında ölüm halları 20% aşağı olur. Qoz həmçinin də insanın "zərərli" xolesterininin səviyyəsini azaldır.
Çoxlu su için
Su içmək bədəndə tromb əmələ gəlmə riskini azaldır. Yaxşı olar ki, təmiz, əlavəsiz sudan istifadə edəsiniz.
Yaşıl çay və bitki çaylarından istifadə edin
Yaşıl çay ürək-damar xəstəliklərini və xərçəngin bir çox növlərini yox edir. Rozmarın, şalfey, həmçinin də bir sıra digər çay növləri iltihabəleyhinə xüsusiyyətlərə malikdirlər.

Tehsil-press.az



Oxşar xəbərlər