Min bir dərdin min əlacı var deyiblər. Çoxsaylı dava-dərman ilə sağalmayan xəstəliklərin təbii üsulla əlacı əslində gözümüzün önündə, lap yaxınlığımızdadır. Belə rəy var ki, xüsusi qidalar, meyvə və tərəvəz vasitəsilə bir çox arzuolunmaz xəstəliklərdən qurtulmaq, tez bir zamanda sağalmaq mümkündür.
Məsələn, son vaxtlarda qaraciyər xəstəlikləri geniş yayılıb. Bəllidir ki, qaraciyər orqanı bədəndəki bir çox zəhərli maddələri təmizləyir, toksinləri özündə toplayır. Spirtli içkilər, yüksək xolesterol ehtiva edən qidalar, kimyəvi dərmanlar və s. isə bədəndəki ən önəmli orqanlardan biri olan qaraciyərə zərər verir. Nəticədə bu orqanın özünün də təmizlənməyə ehtiyacı olur.
Tehsil-press.az bildirir ki, məlum olub ki, bəzi təbii qidalardan istifadə etməklə qaraciyəri təmizləmək mümkündür. Onlardan bir neçəsini təqdim edirik.
Mütəxəssislərə görə, qaraciyərin ən sehrli, effektli dərmanı sarımsaqdır. Gündə 2-3 diş sarımsaq yemək həm qaraciyər, həm də bütün orqanizm üçün çox faydalıdır. Araşdırmalar göstərib ki, sarımsağın xərçəngdən qorunmada, xərçəng müalicəsində də böyük əhəmiyyəti var. Həmçinin ateroskleroz, ürək-damar xəstəlikləri, qan dövranı pozğunluğu, yüksək xolesterol, yüksək təzyiq, mikrob və dəri infeksiyalarında təsirli olduğu müəyyənləşib. Di gəl, min bir dərdin dərmanı olan sarımsağın qoxusuna görə bir çox hallarda ondan imtina edilir. Tövsiyə olunur ki, bu halda qoxunu aradan qaldıran nanə göyərtisindən istifadə olunsun.
Qeyd edək ki, nanə bitkisinin özü də qaraciyərin təmizlənməsində effektli qidalardan sayılır. Mütəxəssislər bildirir ki, C vitamini ilə zəngin olan nanə təkcə qaraciyər xəstəliklərində deyil, həm də ürək-damar sisteminin fəaliyyətinin nizamlanmasında, həzm sisteminin işində, zökəm xəstəliklərinin müalicəsində, temperaturun aşağı salınmasında çox faydalıdır.
Digər faydalı qidalardan biri qırmızı üzümdür. Üzümlərin çoxlu növləri var, amma onlar arasında daha çox qırmızı üzümə üstünlük verilməsi tövsiyə olunur. Çünki bu növ üzümün tərkibində 80 faiz su var. Qırmızı üzüm içindəki antioksidantlar sayəsində qaraciyərdən zərərli toksinləri çıxarır.
Tehsil-press.az