Fəaliyyəti dayandırılan “APA” Holdinqin rəhbəri Vüsalə Mahirqızı yeni sayt açıb.Tanınmış media rəhbəri bu dəfə tibb sahəsindən bəhs edəcək portal yaradıb.
V. Mahirqızı özü bu barədə sosial şəbəkədə məlumat paylaşıb və e-tibb.az portalının fəaliyyət istiqamətləri barədə məlumat verib.
Vüsalə Mahirqızı bu layihədə də uzun illər bərabər çalışdığı tanınmış jurnalist Nurşən Quliyevlə birlikdə işləyəcək. N. Quliyev bu layihənin rəhbəri vəzifəsini daşıyacaq.
Tehsil-press.az













