Bu il Gəncə Dövlət Universitetinin (GDU) hər biri 5 mərtəbədən ibarət 4 yataqxana binası əsaslı təmirdən sonra tələbələrin istifadəsinə veriləcək.
Bu barədə Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə müsahibəsində rektor, professor Yusif Yusibov məlumat verib.
Rektor bildirib ki, şəhərin Dədə Qorqud küçəsində yerləşən və vaxtilə tələbə şəhərciyi tipində inşa edilmiş ilk 3 yataqxana binası dövlət büdcəsindən ayrılmış vəsait hesabına əsaslı təmir ediləcək. Cavad Rəfibəyli küçəsində yerləşən yataqxana binası isə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yenidən qurulacaq.
Yusif Yusibov deyib: “Universitetimizin tələbə şəhərciyində yerləşən hər üç yataqxana binası 1967-ci ildə istifadəyə verilib. Cavad Rəfibəyli ünvanında yerləşən yataqxana binası isə 1972-ci ildə tikilib. Yataqxanalar istifadəyə verildiyi vaxtdan bəri heç vaxt əsaslı təmir aparılmayıb. Bununla belə həmin yataqxanalarda 1993-cü ildən etibarən Kəlbəcərdən olan məcburi köçkün ailələri məskunlaşıblar. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlər çərçivəsində Gəncə şəhərində Kəlbəcərdən olan məcburi köçkünlər üçün yeni qəsəbə salınıb və universitetin yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edilib. İndi bizim qarşımızda duran əsas vəzifə həmin binaları əsaslı təmir edərək tələbələrimizin ixtiyarına verməkdir. Bu vaxta qədər tələbələrimizin dərsdən sonrakı asudə vaxtlarını səmərəli təşkil edə bilmirdik. Həmçinin universitetin tələbə yataqxanasının olmaması dünyanın bir sıra qabaqcıl universitetləri ilə bağlanmış müqavilələrimizi bütün bəndlər üzrə həyata keçirməyə mane olur, tələbə mübadiləsi proqramlarını səmərəsiz edirdi”.
Yaxın günlərdə başlanacaq təmir işlərindən danışan rektor qeyd edib ki, hazırda ərazidə planlama və söküntü işləri aparılır. Bir neçə gündən sonra isə binaların əsaslı təmirinə başlanılacaq. Tələbə şəhərciyində bütün infrastruktur yenilənəcək və ümumilikdə 320 otaq yenidən qurulacaq. Tələbələrin rahatlığı üçün hər cür şərait yaradılacaq, istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi qurulacaq, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz olunacaq. Şəhərcikdə kitabxana, oxu və idman zalları, tibb məntəqəsi və yeməkxana, gənclər üçün idman meydançası və istirahət məkanları yaradılacaq. Cavad Rəfibəyli ünvanında yerləşən yataqxanada isə 101 otaq yenidən qurulacaq.
Beləliklə, bu ilin sonunadək əsaslı təmir edilmiş, ümumilikdə, 421 otaqdan ibarət yataqxana binaları və tələbə şəhərciyi universitetin tələbələrinin istifadəsinə veriləcək.

GDU-nun Mətbuat Xidməti