Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili və ədəbiyyat fənləri üzrə elmi-metodik seminarlar, həmçinin Azərbaycan dili və ingilis dili fənlərindən hazırlıq kurslarının ilk dərsləri keçirilib.
Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələri müəllimlərinin, metodistlərin, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssislərinin iştirak etdikləri seminarların gündəliyinə ingilis dili fənnindən 5 və 6-cı siniflər üçün “İngilis dili” dərsliklərinin müzakirəsi, ədəbiyyat fənnindən isə 2018-ci il mayın 13-də keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının təhlili daxil edilib.
İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 250 nömrəli tam orta məktəbin müəllimi Almaz Tağıyeva 5 və 6-cı siniflər üçün “İngilis dili” dərsliyini, ədəbiyyat fənni üzrə seminarda isə Bakı şəhəri 299 nömrəli məktəb-liseyin müəllimi Nuriyyə Verdiyeva test tapşırıqlarını mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə müzakirəyə təqdim ediblər.
Hər iki seminarda gündəlik məsələlərlə bağlı fikir və təkliflər irəli sürülüb. Müzakirələr nəticəsində “İngilis dili” dərsliklərindəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.
Ədəbiyyat fənnindən isə müzakirələr nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları müəyyənləşdirilib, onların şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc olunacaq.
İngilis dili və Azərbaycan dili fənlərinə dair hazırlıq kurslarında isə 1-ci dərs fənn kurikulumlarının məzmunu, mahiyyəti və strukturuna aid olub.
DİM-in Mətbuat Xidməti