Dövlət İmtahan Mərkəzində (DİM) “Pearson” təşkilatının nümayəndəsi tərəfindən ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş “PTE Academic” ingilis dili imtahanı ilə bağlı təlim keçirilib.
Təlimə bu qurumun ekspert qrupu və 20-yə yaxın müəllim cəlb olunub.
İki saat davam edən təlimdə imtahanın test formatı, “Pearson” avtomatlaşdırılmış qiymətləndirmə sistemi və imtahanın tanınması haqqında məlumat verilib. Təlim bütün “PTE Academic” test bölmələrinə - oxu, yazı, dinləmə və ünsiyyət bacarıqları mövzusuna yönəlib. Təlimdə “PTE Academic” imtahanının dörd hissəsindən nümunələr istifadə olunub. Eyni zamanda, iştirakçılara “PTE Academic” ingilis dili imtahanında ölçülən hər bir bacarıq (yazı, danışıq, oxu və dinləmə) üçün tərtib olunmuş xüsusi tapşırıqlar verilib.
Müzakirələr zamanı “PTE Academic” imtahanının formatında digər dillərdə, xüsusilə Azərbaycan dilində beynəlxalq səviyyəli imtahanın təşkilinin mümkünlüyü də qeyd edilib.

DİM-in Mətbuat Xidməti