Dövlət İmtahan Mərkəzi (DİM) Göyçay şəhərindəki 2 nömrəli tam orta məktəbdə Azərbaycan dili, riyaziyyat, tarix, ingilis dili və biologiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və magistrləri iştirak ediblər.
DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verib.
Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, riyaziyyat fənni üzrə Samir Hüseynli, ingilis dili fənni üzrə Şəhla Musayeva, biologiya fənni üzrə Eynulla Musayev, tarix fənni üzrə Hafiz Cabbarov müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, yeni tipli qiymətləndirmə vasitələrinin formaları, məzmunu və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.
Sonuncu mərhələdə kurs iştirakçıları kalibrləmə prosesindən keçiblər. Müdavimlərə sertifikatlar veriləcək.
Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasında (marker kimi) DİM-lə əməkdaşlıq edə bilərlər.
DİM-in Mətbuat Xidməti