Dövlət İmtahan Mərkəzində (DİM) yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi, ekspertizası və onların meyarlar əsasında yoxlanılması üçün markerlərin hazırlanması ilə bağlı keçirilən hazırlıq kursları başa çatıb.
Oktyabrın 17-dən dekabrın 28-dək Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, ingilis dili və tarix fənləri üzrə keçirilən hazırlıq kurslarında müvafiq fənn kurikulumu və imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib. Həmçinin yeni tipli tapşırıqların formaları, məzmunu, situasiya tapşırıqlarının və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar dinlənilib, kurs iştirakçılarının hazırladığı ev tapşırıqları müzakirəyə təqdim edilib. Sonda kurs iştirakçıları kalibrləmə prosesində iştirak ediblər.
Bu müddət ərzində Xaçmaz, Biləsuvar, Gəncə, Göyçay və Şirvan şəhərlərində də hazırlıq kursları təşkil edilib. Bakı şəhərində keçirilən kurslarda 287, regionlarda isə 150-dək müdavim iştirak edib.
Yanvar ayında müdavimlərə sertifikatlar təqdim ediləcək.
DİM-in Mətbuat Xidməti