Bakının ingilis dili müəllimləri imtahan verməyə başladılar

Bakının ingilis dili müəllimləri imtahan verməyə başladılar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanına start verilib.
“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Beynəlxalq Aptis İmtahanının keçirilməsinin məqsədi ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının yoxlanılması, müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da təkmilləşdirilməsindən ibarətdir.
İmtahanda layihənin tətbiq edildiyi 68 ümumi təhsil məktəbindən 600 nəfər ingilis dili müəlliminin iştirakı nəzərədə tutulub.
Bakı şəhərinin 12 inzibati rayonu üzrə layihəyə cəlb olunmuş ingilis dili müəllimlərinin yazı, oxu, dinləmə, danışıq bacarıqları, söz ehtiyatı və qrammatika üzrə bilikləri qiymətləndirilir.
İmtahanda iştirak etmiş müəllimlər tədris ili ərzində dil təkmilləşdirmə, metodologiya və məktəb əsaslı peşəkar təlimlərə cəlb olunacaqlar. Təlimlərdən sonra layihəni uğurla başa vuran müəllimlərə sertifikat təqdim ediləcək.
Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər