Serbiya Respublikası tərəfindən 2018-2019-cu tədris ilinin II semestri (yaz) üzrə Azərbaycan vətəndaşlarının ali təhsili üçün təqaüd proqramı elan olunub.
“Serbiyada sülh” təqaüd proqramı çərçivəsində Belqrad Universiteti, Novi Sad Universiteti və Nis Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə 1 təqaüd yeri ayrılıb.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları dekabrın 16-dək tələb olunan sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi (https://www.app.htp.edu.az/) vasitəsilə təqdim etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsil ödənişsizdir. Müvəqqəti yaşayış üçün qeydiyyat, tibbi sığorta, serb dili hazırlıq kursları və seçilmiş ixtisas üzrə təhsil, yaşayış xərcləri (yataqxana və gündəlik yemək xərcləri), həmçinin 15.000 serb dinarı məbləğində aylıq təqaüd (nəqliyyat və dərslik xərcləri daxil) Serbiya hökuməti tərəfindən qarşılanır.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin internet saytında verilib.
Tehsil-press.az