Bu günlərdə “Elm” nəşriyyatı “Əlyazmalar İnstitutunda mühafizə olunan dövri mətbuatın kataloqu” kitabını nəşr edib. Kitabı Səadiyə Xanlarova tərtib edərək nəşrə hazırlayıb. Bu barədə Tehsil-press.az-a Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Əlyazmalar İnstitutunda 716 adda 2267 sayda dövri mətbuat nümunəsi saxlanılır. Onlar dil baxımından da rəngarəngdir. Burada Azərbaycan, türk, rus, fars, ərəb, polyak, ləzgi, tatar, özbək, avar, qumuq, tacik, türkmən, qazax, alban dillərində nəşr olunmuş qiymətli mətbuat nümunələri var. Kataloqda hər bir dildə olan nümunə barədə ətraflı məlumat verilib. İnstitutda saxlanılan mətbu orqanlar arasında “Əkinçi”, “Kaspi” qəzetləri və “Molla Nəsrəddin” jurnalı kimi mətbuat tariximizdə önəm daşıyan incilər də var.
Kataloqun redaktoru tarix üzrə elmlər doktoru Tahirə Həsənzadədir.
Tehsil-press.az