Əlyazmalar İnstitutunun magistrantları magistr buraxılış işlərini müdafiə ediblər

Əlyazmalar İnstitutunun magistrantları magistr buraxılış işlərini müdafiə ediblər 12 iyun 2018-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda təhsil alan magistrantların magistr buraxılış işlərinin müdafiəsi ilə bağlı iclas keçirilib. İclası giriş sözü ilə açan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli magistr təhsilinin AMEA-nın tarixində əhəmiyyətli yer tutduğunu, elmlə təhsilin inteqrasiyası istiqmətində mühüm addım olduğunu bildirib.
Sonra Əlyazmalar İnstitutunun magistrantları Qəniyeva Zəhra Məhərrəm qızı “Azərbaycan multidissiplinar əlyazması: tədqiqi və nəşri problemləri”, Nuri Ülviyyə Azad qızı “Cəlil Məmmədquluzadənin şəxsi arxivinin tədqiqi və təsviri problemləri”, Atabəyli Nəzrin Namiq qızı “İmadəddin Nəsimi irsinin tədqiqi və nəşri tarixi” mövzularında magistr dissertasiyalarını uğurla müdafiə ediblər. Müdafiədə AMEA-nın Elm və Təhsil idarəsinin rəis müavini fizika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov və institutun digər əməkdaşları da iştirak ediblər.



Əlyazmalar İnstitutunun magistrantları magistr buraxılış işlərini müdafiə ediblər

Oxşar xəbərlər